Avropa Parlamentində Qətər rüşvət qalmaqalı
Avropa Parlamentində Qətər rüşvət qalmaqalı və ya Qətərgeyt (ing. Qatargate) — Avropa Parlamenti rəsmiləri, lobbistlər və onların ailə üzvlərinin Qətər, Mərakeş, Mavritaniya dövlərtləri, həmçinin Avropadakı Erməni diasporunun (xüsusilə Ədalət və Demokratiya üçün Avropa-Ermənistan Federasiyası adlı diaspora təşkilatı) tərəf olduğu, 2022-ci ilin dekabrından davam edən siyasi qalmaqal. Araşdırmalar zamanı, yüksək vəzifəli Avropa Parlamenti rəsmilərinin rüşvət, pul yuyulması və mütəşəkkil cinayətkarlıq əməlləri ilə məşğul olmaları aşkara çıxarılmışdır.
Belçika, İtaliya və Yunanıstanın hüquq-mühafizə orqanları, cinayət əməllərində şübhəli bilinən diplomatlardan 1,5 milyon avro nəğd pul, kompyuter və mobil telefonlar konfiskasiya etmiş, dörd diplomata qarşı isə iddia edilən cinayətlərlə bağlı ittiham irəli sürülmüşdür.